Menyu

"Qalatasaray" 100 milyon avroluq hücumçu ilə güclənir

Əziz Əzizli
"Qalatasaray" 100 milyon avroluq hücumçu ilə güclənir

Türkiyə Super Liqası komandası "Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirmək üzrədir.

"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılı" klub "Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimheni icarə əsasında heyətinə qatır. Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

"Napoli" 25 yaşlı hücumçu ilə yeni müqavilə imzalandıqdan sonra onu "Qalatasaray"a icarəyə verəcək. Futbolçunun illik 11 milyon avro maaşını Türkiyə klubu ödəyəcək.

Qeyd edək ki, Osimhenin transfer qiyməti 100 milyon avrodur.

Teqlər:

"\"Qalatasaray\" 100 milyon avroluq h\u00fccum\u00e7u il\u0259 g\u00fccl\u0259nir"

Əlaqəli Xəbərlər