Böyük Britaniyada həddindən artıq istilər fonunda boğulma halları artıb
Operativ Media
Böyük Britaniyada həftəsonu anomal istilər səbəbindən iki nəfər - 15 yaşlı oğlan və 55 yaşlı qadın ölüb.
Operativ Media-nın "The Sunday Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, cəmi bir həftə ərzində yeddi nəfər su hövzələrində boğulub.
Qəzet bildirib ki, Böyük Mançesterdəki Kovberi su anbarında üzən yeniyetmə itkin düşüb. Polis daha sonra onun cəsədini tapıb. Elə həmin gün bir qadın Qərbi Midlendsdəki bir kənd parkındakı hovuzda üzərkən boğulub.
Son günlərdə 13 və 15 yaşlarında iki yeniyetmə və 22-69 yaşlarında üç kişi də göllərdə, çaylarda və dənizdə üzərkən boğulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net