Menyu

Pakistan Əfqanıstanla sərhəddə 29 yaraqlını məhv edib

Operativ Media
Pakistan Əfqanıstanla sərhəddə 29 yaraqlını məhv edib

Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd bölgəsində keçirdiyi əməliyyat nəticəsində 29 yaraqlını məhv edib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar “X” sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, iyunun 28-də ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində kəşfiyyata əsaslanan quru əməliyyatı keçirilib, ardınca isə sərhəd bölgəsində yerləşən silahlı qruplaşmaların sığınacaqları və düşərgələrinə dəqiq zərbələr endirilib:

“Əməliyyat nəticəsində “Camaat-ül-Əhrar” və “Fitna əl-Xəvaric” qruplaşmalarına məxsus hədəflər məhv edilib.

Əməliyyat zamanı silah və sursat anbarları da daxil olmaqla üç hədəf qrupuna zərbələr endirilib”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər