ÜST: Avropada isti hava 1300-dən çox insanın ölümünə səbəb olub
Şəfa Hüseynli
Avropada bir həftə davam edən isti hava şəraiti daha 1300 nəfərin həyatına son qoyub.
Operativ Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O qeyd edib ki, təxminən 150 milyon insan həddindən artıq yüksək temperaturdan əziyyət çəkir.
Anomal istilik dalğası artıq ikinci həftədir ki, Avropada davam edir və iqlim anomaliyasının episentri hazırda şərqə - İspaniya, Fransa və Böyük Britaniyadan Almaniya və Çexiya Respublikasına doğru dəyişir.
Qeyd edək ki, son dörd ildə Avropada yüksək temperatur 200 mindən çox insanın ölümünə səbəb olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net