Azərbaycanlı futbolçu 25 yaşında karyerasını bitirdi
Legioner həyatı yaşayan Azərbaycanlı futbolçu Nazim Məmmədzadə 25 yaşında karyerasını bitirib.
Operativ Media xəbər verir ki, o, bu haqda "instagram" hesabında paylaşım edib.
"Bu gün həyatımın böyük bir hissəsini həsr etdiyim idmana "əlvida" deməli olduğum gün gəldi.
Futbol mənə unudulmaz duyğular – sevinc və acı, qələbələr və məğlubiyyətlər bəxş etdi. O, mənə ömürlük dostlar qazandırdı. Mənə inanan və potensialımı maksimum dərəcədə üzə çıxarmağa çalışan hər bir məşqçiyə təşəkkür etmək istəyirəm. Bu yol boyu yanımda olan, məni dəstəkləyən və hər anımı mənimlə bölüşən bütün insanlara təşəkkür edirəm.
Bu gün həyatımın bir səhifəsini bağlayıb, yenisini açıram. Və hər şeyə rəğmən inanıram ki, ən maraqlısı hələ irəlidədir. Həyat hələ indi başlayır", - deyə o, paylaşımda qeyd edib.
Qeyd edək ki, Nazim Məmmədzadə son olaraq Maldiv Adalarının "Maziya" klubunda çıxış edib.