Menyu

"İnter" yüz min azarkeşi ilə çempionluğu qeyd etdi

Əziz Əzizli
"İnter" yüz min azarkeşi ilə çempionluğu qeyd etdi

Ötən həftə əzəli rəqibi və ən yaxın izləyicisi "Milan"ı 2-1 məğlub edərək liqada çempionluğunu elan edən "İnter" üçün  dünən keçirilən "Torino" matçından sonra çempionluq turu təşkil olunub.

"Operativ Media" xəbər verir ki, Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun qolları ilə “Torino”nu 2:0 hesabı ilə məğlub edən "mavi-qaralar" matçdan sonra çempionluq turu üçün üstü açıq avtobuslara minib.

“İnter”in oyunçularını və texniki heyətini daşıyan üstü açıq iki avtobus geniş təhlükəsizlik tədbirləri altında və azarkeşlərin sevgi nümayişi ilə Milanın küçələri ilə "Cüzeppe Meazza" stadionundan şəhərin mərkəzindəki Duomo Katedralinə qədər çempionat turuna çıxıb.

7 ildir çıxış etdiyi İtaliya A Seriyasında ilk çempionluğunun sevincini yaşayan və çıxışı ilə bu uğurun aparıcı adlarından biri olan Hakan Çalhanoğlu da çempionluq turuna Türkiyə bayrağı ilə qatılıb.

İtaliya mətbuatının yazdığına görə, 100 min nəfərin qatıldığı çempionluq turunda “İnter" və azarkeşləri liqa tarixində 20-ci çempionluğu böyük coşqu ilə qeyd ediblər.

"İnter"in 37-ci həftədə öz meydanında oynayacağı son liqa matçı olan "İnter-Latsio" matçından sonra liqa çempionluğu kubokuna sahib çıxacağı gözlənilir.

Teqlər:

"\"\u0130nter\" y\u00fcz min azarke\u015fi il\u0259 \u00e7empionlu\u011fu qeyd etdi"

Əlaqəli Xəbərlər