Türkiyə Venesuelaya xilasedici qrup göndərib
Operativ Media
Türkiyənin güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya göndərdiyi humanitar yardım və xilasetmə qrupu paytaxt Karakasa çatıb.
Operativ Media xəbər verir ki, 45 nəfər xilasedici, dörd axtarış-xilasetmə iti və iki nəqliyyat vasitəsi ilə yanaşı, 20 hərbçi də qrupda yer alıb.
Daha əvvəl, ABŞ, Meksika və Almaniya kimi ölkələr də Venesuelaya humanitar yardım göndərib.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net