"Qarabağ"ın yeni hücumçusu: Qazanmaq üçün hər şey edəcəyik
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "VSG Tirol"la keçirilən matçda rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
Operativ Media xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi Zakaria Savo matçda het-trik müəllifi olub. O, oyundan sonra klubun mətbuat xidmətinə oyun barədə fikirlərini bölüşüb:
- Özümü yaxşı hiss edirəm. Yaxşı oyun oynadığımızı düşünürəm. Bir qədər yavaş başladıq. Amma ikinci hissədə yaxşı oynadıq. Vurduğum qollar üçün çox xoşbəxtəm.
- Yeni mövsümə hazırlıq necə gedir?
- Bakıda hazırlığımıza yaxşı başladıq. İndi burada Avstriyadayıq. Yaxşı hiss edirəm. Yeni komanda yoldaşlarımla burada olmaq gözəl hissdir. Məncə hər şey çox yaxşıdır".
- Azarkeşlərə nə demək istəyərdiniz?
- Qazanmaq üçün hər şey edəcəyik. Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bütün azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbirsizlənirəm.