Şahruddinli "Adana Dəmirspor" "Qalatasaray"ı qəbul edəcək
Əziz Əzizli
Bu gün Türkiyə Super Liqasında 34-cü tura start veriləcək.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" lider "Qalatasaray" klubunu qəbul edəcək.
Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Şahruddin Məhəmmədəliyevin bu matça start heyətdə başlaması gözlənilir.