Menyu

"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşdü

Əziz Əzizli
"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşdü

"Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasovun "Barselona" klubunda təcrübə proqramı davam edir. 

"Operativ Media" xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Samir Abasov səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. 

Baş məşqçi ötən gün əsas komandanın məşqini izləyib və "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.

Teqlər:

"\"Sumqay\u0131t\"\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi \"Barselona\"n\u0131n prezidenti il\u0259 g\u00f6r\u00fc\u015fd\u00fc"

Əlaqəli Xəbərlər