Mümkün qlobal epidemiyalarla mübarizə üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanacaq
Nərmin Qocamanlı
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr COVİD-19-dan sonra mümkün qlobal epidemiyalara qarşı birgə mübarizə aparmaq üçün planlaşdırılan ilk beynəlxalq müqavilənin hazırlanmasını təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, ÜST Cenevrədəki mənzil-qərargahında keçirilən Hökumətlərarası Danışıqlar Bölməsinin 3-cü iclasının sonuncu günündə ÜST-ə üzv dövlətlər üçün hüquqi qüvvəyə malik olan beynəlxalq epidemiya sazişinin layihəsi müzakirə edilib.
İclasdan sonra ÜST-ün verdiyi açıqlamada üzv ölkələrin əksəriyyətinin saziş layihəsinin hazırlıq prosesinin başlanması ilə bağlı razılığa gəldiyi açıqlanıb.
Qeyd edək ki, layihə mətni 2023-cü ilin fevralında müzakirə olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net