Paşinyan: “Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyur”
Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyur və bu istiqamətdə irəliləyir”.
“Operativ Media” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı köklü inanclar faciəli nəticələrə gətirib çıxardı:
“Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Və biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”.
Qeyd edək ki, Ermənistan əsas silah alışını Rusiyadan edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net