"Seltik" daha bir hücumçu transferi reallaşdırdı
Operativ Media
Şotlandiyanın "Seltik" klubu danimarkalı hücumçu Kasper Hyoqun transferini rəsmiləşdirib.
Operativ Media xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə bağlanıb.
Hücumçunun son klubu Norveçin "Budö-Qlimt" komandası olub. Onun Norveç təmsilçisi ilə müqavilə müddəti 2029-cu il dekabrın 31-dək idi. K.Hyoq 2025/2026-cı illər mövsümündə keçirdiyi 30 qarşılaşmada 15 qol vurub və 11 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı oyunçunun bazar dəyərini 12 milyon avro, "Seltik"ə keçidinin məbləğini isə 12,85 milyon avro olaraq qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net