"Çelsi"nin qapıçısı Filip Yergensen "Strasburq"a transfer olunur
Londonun "Çelsi" klubu 24 yaşlı danimarkalı qapıçısı Filip Yergensenin Fransanın "Strasburq" komandasına transferi üzrə razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yayılan şayiələrin əksinə olaraq, "Koventri Siti" klubu danimarkalı qolkiperin keçidi ilə bağlı heç bir rəsmi təklif irəli sürməyib. Yaxın vaxtlarda futbolçunun "Strasburq"la rəsmi müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, F.Yergensen 2024-cü ilin iyul ayından "Çelsi"də çıxış edir və onun London təmsilçisi ilə müqavilə müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. Qapıçı 2025/2026-cı illər mövsümündə meydana çıxdığı 12 matçda qapısında 17 qol görüb, 1 qarşılaşmada isə toxunulmazlığı qoruyub. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir.