Ana səhifə / Dünya / Tokayev zəlzələdən sonra Almatıya səfər edəcək Tokayev zəlzələdən sonra Almatıya səfər edəcək 23.01.2024, 10:14 Nərmin Qocamanlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 24-də Almatıya səfər edəcək. "Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali bildirib. Qeyd olunub ki, o, yanvarın 23-nə keçən gecə baş vermiş zəlzələdən sonra şəhərdəki vəziyyətlə bağlı müşavirə keçirəcək. Qeyd edək ki, ötən gecə Qazaxıstan və Qırğızıstan sərhədində , Almatıdan 264 kilometr cənub-şərqdə 6,7 bal gücündə zəlzələ baş verib.