Ana səhifə / Dünya / İranda hərbi hissədə atışma: ölənlər var İranda hərbi hissədə atışma: ölənlər var 21.01.2024, 23:33 İranın Kerman vilayətində yerləşən Bağin hərbi hissəsində əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb. "Operativ Media" xəbər verir ki, bu baradə İran mediası məlumat yayıb. Məlumata əsasən, İran Ordusunun Cənub-Şərqi Korpusunun komandanı Əmir Qulamian sözügedən insidenti təsdiq edib. Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı və onun saxlanılması yönündə əməliyyatların davam etdirildiyini bildirib.