"Arsenal"ın hücumçusu Qabriel Martinelli İngiltərə Premyer Liqasının V turunun "Everton"la oyununda zədələnib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Braziliyalı hücumçu zədə səbəbindən ilk hissədə meydanı tərk edib. Onun əvəzinə belçikalı yarımmüdafiəçi Leandro Trossard oyuna daxil olub və həlledici qola imza atıb. Görüş "topçular"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Martinelli bu mövsüm Premyer Liqada 5 matçda iştirak edib. 22 yaşlı braziliyalı 2 məhsuldar ötürmə ilə yadda qalıb.