Azərbaycan millisinin üzvü Renat Dadaşov "Hatayspor"la ilk məşqinə çıxıb.
"Operativ Media" xəbər verir ki, forvard "Karagümrük"lə oyunun hazırlıqlarında iştirak edib. Dadaşov Super Liqa təmsilçisindəki ilk günü ilə bağlı sosial şəbəkə hesabında bunları yazıb:
"İlk iş günümdə burada olduğum üçün şadam".
Dadaşov "Qrasshopper"dən "Hatayspor"a icarə əsasında keçib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma