Menyu

"Neftçi" yeni transferini açıqladı

Əziz Əzizli
"Neftçi" yeni transferini açıqladı

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Operativ Media" xəbər verir ki, "ağ-qaralar" argentinalı hücumçu Lukas Melanonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvardla razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Teqlər:

"\"Neft\u00e7i\" yeni transferini a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər