Menyu

Polşa millisi baş məşqçisiz qaldı

Əziz Əzizli
Polşa millisi baş məşqçisiz qaldı

Fernandu Santuş Polşa millisinin baş məşqçi postundan uzaqlaşdırıldı. Son oyunlardakı uğursuzluqlar ona baha başa gəldi.

"Operativ Media" xəbər verir ki, son dünya çempionatındakı uğursuzluqdan sonra 8 il çalışdığı Portuqaliya millisindən ayrılan Santuş cəmi bir ay işsiz qalmışdı. Bu ilin yanvarında Polşa millisinə təyinat alan məşqçi komandanı Avropa çempionatının final mərhələsinə yüksəltməliydi. Lakin hazırda komandanın vəziyyəti yaxşı deyil.

E qrupunda keçirdiyi 5 oyundan sonra 6 xal toplayan polşalılar 3 komandanı özündən irəli buraxıb. Xüsusilə son matçda Albaniyaya məğlubiyyət vəziyyəti pisləşdirib. Belədə Polşa Futbol Federasiyası çıxış yolunu baş məşqçini qovmaqda görüb

Teqlər:

"Pol\u015fa millisi ba\u015f m\u0259\u015fq\u00e7isiz qald\u0131"

Əlaqəli Xəbərlər