Menyu

Beşiktaş"ın yeni transferi zədələndi

Əziz Əzizli
Beşiktaş"ın yeni transferi zədələndi

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferi Erin Bayi sıradan çıxıb.

Fil Dişi Sahilindən olan müdafiəçi "Fatih Karagümrük"lə keçirilən yoldaşlıq görüşündə (2:0) zədələnib. Ayağında ağrılar hiss edən 29 yaşlı arxa xətt oyunçusu matçı davam etdirə bilməyib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Beşiktaş" Erik Bayini mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. Təcrübəli mərkəz müdafiəçisi "qara qartallar"ın heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər