Azərbaycanda daha 60 nəfər COVID-19-a yoluxub
Nərmin Qocamanlı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, hazırda 302 aktiv xəstə var. Bu günə qədər 9 948 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 956, bu günə qədər isə ümumilikdə 7 323 276 test icra olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net