İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted"in qapıçısı De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
"Operativ Media" məşhur insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Səudiyyə klubları "qırmızı şeytanlar"ın qapıçısı De Xeanı transfer etmək istəyirlər. Səudiyyə klubları De Xeanın "Mançester Yunayted" ilə yeni müqavilə bağlamağa yaxın olduğunu bilsələr də israrlarını davam etdirirlər.
Qeyd edək ki, "Mançester Yunayted" hər hansı bir gedişə görə qapıçı axtarışlarına başlayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma