"Qalatasaray" milli qapıçı ilə güclənir
Əziz Əzizli
Türkiyə Super Liqasında çempion olan "Qalatasaray" transfer çalışmalarını gücləndirib.
"Operativ Media" xəbər verir ki, "Sarı-qırmızılı" komanda ilk olaraq qapıçı transferi ilə məşğul olmaq istəyir və bu çərçivədə "Trabzonspor"un milli qapıçısı Uğurcan Çakır ilə anlaşıb.
"Qalatasaray" bu transferi başa çatdırmaq üçün pul və əlavə oyunçu verərək davam edəcək. Uğurcanın Çempionlar Liqası variantına görə İstanbula gəlməyi səbirsizliklə gözlədiyi bildirilir.
İllik 30-35 milyon tl-ə razılıq verən qapıçı, "Trabzonspor"un da razı salınmasının vacib olduğunu bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net