"Ştutqart" Bundesliqada davam edəcək
Əziz Əzizli
Almaniyada elitada qalmaq üçün keçirilən pley-off oyunlarının qalibi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, mövsümünün əsas hissəsini 18 iştirakçı arasında 16-cı pillədə başa vuran “Ştutqart” ikinci bundesliqada 3-cü yeri tutan “Hamburq”la pley-off oyunları keçirmək məcburiyyətində qalıb.
İyunun 1-də Ştutqartda baş tutan ilk oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdılar. Bu gün səfərdə də 3:1 hesablı qələbəyə sevinən “Ştutqart” elitada qalıb. “Hamburq” isə yenə ikinci bundesliqada mübarizə aparmalı olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net