Menyu

Azərbaycanlı hakim Avropa Çempionatının finalına təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı hakim Avropa Çempionatının finalına təyinat aldı

Azərbaycanın FİFA referisi Əliyar Ağayev gənclər arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb.

"Operativ Media" xəbər verir ki, o, Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək hakimlər siyahısında yer alıb.

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaq.

Gənclər arasında Avropa çempionatının final mərhələsi iki ölkədə - Gürcüstan və Rumıniyada keçiriləcək. 2023-cü ilin iyunun 21-də başlanacaq yarışa iyulun 8-də yekun vurulacaq.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər