Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi
Əziz Əzizli
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Start heyətdə meydana çıxan Sadıqov 61-ci dəqiqədə əvəzlənib. Sarı vərəqə limitini dolduran Quliyev isə mövsümün son matçının iştirakçısı olmayıb.
“Ximki” mövsümü 18 xalla 16 kollektiv arasında 15-ci pillədə başa vurub və Premyer Liqa ilə vidalaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net