Ana səhifə / İdman / "Çelsi" yarımmüdafiəçi ilə yollarını ayırdı "Çelsi" yarımmüdafiəçi ilə yollarını ayırdı 02.06.2023, 07:00 Əziz Əzizli İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Denis Zakaria ilə icarə müqaviləsini yeniləməyib. "Operativ Media" xəbər verir ki, müqavilə əsasında "Yuventus"a məxsus olan futbolçu baş məşqçi Maurisio Poçettinonun planlarına daxil deyil. Sosial şəbəkə hesabında paylaşım edən futbolçu, "Çelsi" azarkeşlərinə təşəkkür edib. Zakaria bu mövsüm 13 oyunda forma geyinib, 1 qol vurub. Teqlər: "\"Çelsi\" yarımmüdafiəçi ilə yollarını ayırdı"