"Qarabağ"ın sabiq futbolçusu karyerasını bitirdi
Əziz Əzizli
"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem aktiv futbolçu karyerasını başa vurub.
"Operativ Media" xəbər verir ki, şimali makedoniyalı futbolçu bu qərarı "Qostivar"ı yüksək liqaya çıxardıqdan sonra verib.
Ötən mövsüm adıçəkilən komandada kapitanlıq sarğısı daşımış və komandanın elitaya vəsiqə qazanmasında önəmli rol oynamış Muarem 34 yaşında futbolçu karyerasını yekunlaşdırıb.
O, Şimali Makedoniya klubunda köməkçi məşqçi vəzifəsində çalışacaq. "Rabotniçki", "Teteks", "Orduspor", "Aktobe", "Eskişehirspor", "Flamurtari" klublarında oynamış Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net