"Qarabağ" "Qalatasaray"ı təbrik etdi
Əziz Əzizli
"Qarabağ” “Qalatasaray”ı 23-cü dəfə Türkiyə çempionu olması münasibəti ilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, təbrik Ağdam təmsilçisinin rəsmi Tvitter hesabında paylaşılıb.
“Türkiyə çempionu olan qardaş “Qalatasaray” klubunu təbrik edirik” - deyə təbrik mətnində bildirilib.
Xatırladaq ki, “Qarabağ”la “Qalatasaray” mart ayında qardaşlaşmış klublar olduğunu açıqlayıblar.
Əlavə edək ki, “Qalatasaray” dünən səfərdə “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gəldikdən sonra bu mövsüm çempionluğu rəsmiləşdirib.
Türkiyə çempionu olan qardaş @GalatasaraySK klubunu təbrik edirik! 🏆 https://t.co/v7foG2D4Sp
— Qarabağ FK (@FKQarabagh) May 30, 2023
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net