Gənclər arasında ilk 16-lıqda olan cüdoçular dünya çempionatına qatıla biləcəklər
Nicat Hüseynli
Gənclər arasında ilk 16-lıqda olan cüdoçular dünya çempionatına qatıla biləcək.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
O bildirib ki, Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən, dünya çempionatında böyüklər arasında yalnız dünya reytinqində ilk 100-lükdə qərarlaşan idmançılar iştirak edə bilərlər. Bununla yanaşı, gənclər arasında dünya reytinqində ilk 16-lıqda yer alan idmançılar da Dünya Çempionatına vəsiqə qazanırlar. Yəni idmançı böyüklər arasında ilk 100-lükdə olmasa belə, gənclər arasında ilk 16-lıqda yer alırsa, dünya çempionatında iştirak etmək hüququ əldə edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net