Menyu

Bolqarıstan və Türkiyə mayeləşdirilmiş təbii qaz təchizatı müqaviləsini 15 ay müddətinə dondurub

Operativ Media
Bolqarıstan və Türkiyə mayeləşdirilmiş təbii qaz təchizatı müqaviləsini 15 ay müddətinə dondurub

Bolqarıstan və Türkiyə mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünə dair müqavilənin icrasını 15 ay müddətinə dayandırmaq qərarına gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

​Məlumatda bildirilir ki, Ankarada baş tutan görüşün yekunlarına əsasən, Bolqarıstanın baş naziri Rumen Radev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çoxsaylı böhranlar şəraitində regionda sabitliyin təmin olunması və təhlükəsiz tədarük şəbəkələrinin inkişafı üçün Bolqarıstan ilə Türkiyə arasındakı tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Görüşdən sonra "Bulgargaz" və "Botaş" şirkətləri arasında müqavilənin 15 ay müddətinə dondurulmasını nəzərdə tutan protokol imzalanıb. Bu dövr ərzində yalnız Bolqarıstan tərəfinin faktiki istifadə etdiyi tədarük həcmləri daha yaxşı şərtlərlə ödəniləcək və əlavə danışıqlar aparılacaq.

​Bolqarıstan Rusiya qazından imtina etdikdən sonra, 2023-cü ilin yanvarında Türkiyə terminalları vasitəsilə Bolqarıstana ildə 1,5 milyard kubmetr həcmində MTQ tədarükünə dair 13 illik müqavilə imzalamışdı. Müqaviləyə əsasən, Bolqarıstan təxminən 2 milyard avro dəyərində (gündəlik ödəniş təxminən 500 min avro) MTQ-nin reqazifikasiyası və qazın saxlanması üzrə terminal güclərini rezerv etsə də, başqa mənbələrdən qaz istehlak etdiyi üçün bu imkanlardan demək olar ki, istifadə etməyib. Sənəddə kompensasiya tam ödənilmədən müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulmayıb. Bu səbəbdən Bolqarıstan qaz şirkətinin türkiyəli tərəfdaşları qarşısındakı borcları durmadan artmaqda idi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər