Menyu

Tramp: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik

Operativ Media
Tramp: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik

Vaşinqton ya razılaşma bağlamaqla, ya da digər yollarla İranın nüvə silahına sahib olmasının qarşısını almaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı bildirib.

"Düşünürəm ki, neftin qiyməti hazırda elə bir səviyyədədir ki, hətta biz müharibəyə başlamazdan əvvəl olduğundan da aşağıdır. Biz güzəştlərə nail olduq və onlar bu razılaşmalara əməl etməlidirlər. Lakin onların nüvə silahı olmayacaq. Mənim "nüvə tozu" adlandırdığım zənginləşdirilmiş nüvə materialını əldə edəcəyik", - Tramp deyib.

ABŞ Prezidentinin sözlərinə görə, ölkəsi istənilən halda öz məqsədinə çatacaq. "Biz ya razılaşma bağlayacağıq, ya da işi axıra çatdıracağıq. Və bunu tamamlamaq çətin olmayacaq", - Tramp vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər