Makron: Fransa suveren və vahid Suriyanın qurulmasını dəstəkləyir
Fransa lideri Emmanuel Makron Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şəra ilə "Yaxın Şərqdə sülh və sabitliyin yeni səhifəsinin açılmasını" müzakirə etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, Dəməşqə rəsmi səfərə gələrkən Makron vurğulayıb:
"Mən Fransanın suveren, vahid, həmçinin plüralizmə və qonşuları ilə sülhə sadiq qalan bir Suriyanın qurulmasında Suriya xalqına dəstəyini təsdiqləmək üçün gəlmişəm. Gəlin birlikdə regionda sülh və sabitliyin yeni səhifəsini açaq". O, Suriyanın Yaxın Şərqdə gərginliyin azaldılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Suriya paytaxtının beynəlxalq hava limanında Fransa prezidentini keçid hökumətinin xarici işlər naziri Əsad əş-Şeybani qarşılayıb. Makron hava limanından əş-Şəra ilə görüşmək üçün prezident sarayına yollanıb. Onu Suriyanın müharibədən sonrakı bərpası və yenidən qurulmasına həsr olunmuş "dəyirmi masa"da iştirak edəcək fransız iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir.