Menyu

Rütte Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı çağırışı şərh etməkdən imtina edib

Operativ Media
Rütte Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı çağırışı şərh etməkdən imtina edib

NATO-nun Baş katibi Mark Rütte Kiyevin ABŞ-nin lisenziyası ilə Ukrayna ərazisində "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər istehsal etməyə icazə verilməsi barədə çağırışını şərh etməkdən imtina edərək, bunu "ikitərəfli münasibətlər məsələsi" adlandırıb.

Operativ Media xəbər verir ki, Rütte bu barədə NATO sammitindən əvvəl keçirilən mətbuat konfransında ukraynalı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

​"Bu, NATO ölkəsi ilə tərəfdaş ölkə arasındakı ikitərəfli münasibətlər məsələsidir. Hesab edirəm ki, müzakirələr davam edir, ona görə də hələlik yeni bir şey gözləməyə dəyməz", — deyə o qeyd edib.

​O, həmçinin vurğulayıb ki, böyük həcmdə hərbi məhsul istehsalında təkcə Avropanın deyil, ABŞ-nin da problemləri var. Baş katib ABŞ Prezidenti Donald Trampın hərbi-sənaye şirkətlərindən mütəmadi olaraq daha çox istehsal tələb etdiyini xatırladıb. Rütte əlavə edib ki, o, ümumilikdə hərbi istehsalın artmasına səbəb olan hər bir əməkdaşlığı müsbət qarşılayır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər