"Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
Operativ Media
“Qatar Airways” aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bu barədə Operativ Media-ya "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.
Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net