Menyu

Rutte: NATO artıq Türkiyənin hərbi-sənaye kompleksindən böyük fayda əldə edir

Operativ Media
Rutte: NATO artıq Türkiyənin hərbi-sənaye kompleksindən böyük fayda əldə edir

NATO hazırkı mərhələdə artıq Türkiyənin müdafiə sənayesindən böyük fayda əldə edir.

Operativ Media xəbər verir ki, bunu alyansın Baş katibi Mark Rütte iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitindən əvvəl təşkil olunmuş mətbuat konfransında bəyan edib.

​"NATO Türkiyənin müdafiə sənayesi sahəsində etdiklərindən artıq nəhəng fayda qazanır. Türkiyə öz hərbi-sənaye kompleksi ilə bir çox digər ölkələri dəstəkləyir, alyans daxilində fəaliyyət göstərir, bir çox digər NATO ölkələri ilə sıx əməkdaşlıq edir, həm Aİ daxilində və xaricində, həm də ABŞ ilə işləyir. Türkiyə şirkətləri Birləşmiş Ştatların sənayesinə investisiya qoyurlar. Bu, həqiqətən də vacibdir", — deyə Rütte bildirib.

​O qeyd edib ki, söhbət təkcə Türkiyə müdafiə sənayesinin "Aselsan" kimi nəhənglərindən getmir. "Bu, iridən tutmuş orta və kiçik ölçülülərə qədər, bəlkə də, 3 min şirkətin arasından sadəcə bir nümunədir", — deyə o əlavə edib.

​Baş katibin sözlərinə görə, NATO daxilində müdafiə sənayesi xətti üzrə əməkdaşlıq üçün maneələrin sayının azaldılmasına nail olmaq vacibdir. "Məsələn, müdafiə sənayesi məhsullarının birgə istifadəsi və alyans daxilində əməkdaşlığın təmin edilməsi kontekstində hər 32 müttəfiqin heç bir maneə olmadan yenidən mümkün qədər sıx şəkildə birlikdə işləməsi vacibdir", — deyən Rütte, bu məsələlərlə bağlı "NATO-da həmişə siyasi müzakirələrin və bəzən fikir ayrılıqlarının olacağını" da etiraf edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər