Menyu

Ərdoğan və Rütte Ankara Sammitinin gündəliyini müzakirə ediblər - YENİLƏNİB

Operativ Media
Ərdoğan və Rütte Ankara Sammitinin gündəliyini müzakirə ediblər - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Rütte Ankara Sammitinin gündəliyi, regional və qlobal prosesləri müzakirə ediblər.

Operativ Media Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən xəbər verir ki, görüşdə Ərdoğan sammit hazırlıqlarının tamamlandığını bildirib.

Müttəfiqlər arasındakı müdafiə sənayesi əməkdaşlıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, sammit çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumu diqqətlə izləniləcək.

***

19:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, görüş Prezident İqamətgahında baş tutub. Görüşün mətbuata qapalı keçirildiyi bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər