Menyu

Ağdamda və Ağdərədə 40 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Operativ Media
Ağdamda və Ağdərədə 40 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Ağdam və Ağdərə rayonlarında da əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil edilib.

Bu barədə Operativ Media-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki rayondakı 40 müəssisədə keçirilən tədbirlər həmin müəssisələrin işəgötürənlərinin nümayəndələri və işçilərindən ibarət 600-ə yaxın şəxsi əhatə edib.

Tədbirlərdə xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.

İştirakçılara iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı əmək qanunvericiliyinin əsas tələbləri barədə məlumat verilib.

Həmçinin əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi, iş yerlərinin attestasiyasının aparılması qaydaları, mina təhlükəsizliyinin əsas prinsipləri və mümkün risklərin qarşısının alınması yolları diqqətə çatdırılıb.

İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər