Menyu

Avropada istilərdən 1300-dən çox şəxs ölüb

Operativ Media
Avropada istilərdən 1300-dən çox şəxs ölüb

Avropada son bir həftə ərzində müşahidə olunan ekstremal isti hava şəraiti ilə əlaqədar 1 300-dən çox ölüm halı qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bildirib.

O bildirib ki, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqəli 1 300-dən çox vaxtından əvvəl ölüm hadisəsi qeydə alınıb.

Tedros Adanom Gebreyesus qeyd edib ki, temperatur stresi çox vaxt "səssiz qatil" adlandırılır, çünki onun fəsadları hər zaman dərhal nəzərə çarpmır.

ÜST rəhbəri vurğulayıb ki, Avropa dünyanın ən sürətlə istiləşən qitəsidir və burada istiləşmə tempi qlobal orta göstəricidən iki dəfə yüksəkdir.

Onun sözlərinə görə, Avropadakı yaşayış evləri, iş yerləri və məktəblər bu cür yüksək temperatur şəraitinə uyğun layihələndirilməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər