"Bavariya" PSV-nin yarımmüdafiəçisini transfer edir
Münhenin "Bavariya" klubu PSV ilə yarımmüdafiəçi İsmayıl Saybarinin transferi barədə prinsipial razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu barədə "Fussballdaten" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Münhen təmsilçisi 25 yaşlı futbolçu üçün 50 milyon avro, əlavə olaraq isə bonus şəklində daha 5 milyon avro ödəyəcək. Bu transfer Niderland klubu üçün rekord göstərici olacaq. Müqavilədə həmçinin Saybarinin növbəti satışından PSV-yə pay verilməsi də nəzərdə tutulub.
Mərakeşli futbolçunun "Bavariya" ilə 2021-ci ilə qədər müqavilə şərtlərini razılaşdırdığı və hazırda Mərakeş millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak etmək üçün getdiyi ABŞ-da tibbi müayinədən keçdiyi bildirilir.
Saybari ilə "PSJ", "Tottenhem" və "Mançester Yunayted" klubları da yaxından maraqlanırdı.