Qazaxıstan millisinin baş məşqçisi istefa verib
Operativ Media
Qazaxıstan Futbol Federasiyası (QFF) milli komandanın baş məşqçisi Talqat Baysufinovun istefasını qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.
Baysufinov Qazaxıstan millisinə 2025-ci ilin oktyabrında başçılıq etməyə başlamışdı. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
57 yaşlı mütəxəssis üçün bu, Qazaxıstan millisi ilə artıq üçüncü iş dövrü idi. O, daha əvvəl 2016–2017 və 2020–2022-ci illərdə də milli komandanı çalışdırıb. Məşqçilik karyerası ərzində Baysufinov, həmçinin "İrtış", "Akjayık", "Jetısu" klublarında və Qazaxıstanın gənclərdən ibarət yığmasında da fəaliyyət göstərib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net