Menyu

Məktəblilərin Olimpiadasında daha iki çəkidə qaliblər bəlli oldu

Operativ Media
Məktəblilərin Olimpiadasında daha iki çəkidə qaliblər bəlli oldu

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə daha 2 çəkidə qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

Operativ Media xəbər verir ki, fərqlənmiş idmançılara mükafatları Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, həmçinin ARGİN-in Olimpiya və Paralimpiya idman növləri sektorunun baş məsləhətçisi Yusif Hüseynov təqdim ediblər. 

Nəticələr: 56 kq çəki dərəcəsi

1-ci yer: Sərdar Alməmmədov – toplamda 168 kq (76 kq + 92 kq) 

2-ci yer: Mehdi Məmmədov – toplamda 158 kq (68 kq + 90 kq)

3-cü yer: İlham Əliyev - toplamda 155 kq (70 kq + 85 kq)

Nəticələr: 60 kq çəki dərəcəsi

1-ci yer: Məhəmməd Rüstımli – toplamda 198 kq (88 kq + 110 kq) 

2-ci yer: Mirmöhsüm Tağızadə – toplamda 182 kq (84 kq + 98 kq)

3-cü yer: Amin Quluzadə - toplamda 158 kq (68 kq + 90 kq)

Qeyd edək ki, ağırlıqqaldırma yarışlarına sabah yekun vurulacaq. Son gün atletlər 4 çəki dərəcəsində mübarizə aparacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər