Menyu

Hicama nədir? Faydaları nələrdir?

Ayşən Sadıxzadə
Hicama nədir? Faydaları nələrdir?

Hicama ilə bağlı fikirlər müxtəlifdir. Onun faydaları və zərərləri barədə uzun illərdir müzakirələr aparılır. Elmi araşdırmalar hicamanın bütün təsirlərini tam şəkildə təsdiqləməsə də, bu üsul bu gün də bir çox insanlar tərəfindən tətbiq olunur. Bununla belə, hicamanın hər kəs üçün uyğun olmadığını nəzərə almaq lazımdır.

Bunu Operativ Media-ya açıqlamasında terapevt-hepatoloq Sevinc Abasova bildirib.

O qeyd edib ki, bizim üçün əsas məqamlardan biri odur ki, bəzi xəstə qruplarında hicama əks göstəriş hesab olunur:

"Məsələn, onkoloji xəstələrdə, qan azlığı olan şəxslərdə, eləcə də ciddi sağlamlıq problemləri yaşayan insanlarda bu prosedurun aparılması məsləhət görülmür. Çünki həmin şəxslərdə əlavə qan itkisi müəyyən fəsadlara səbəb ola bilər. Amma insan sağlamdırsa, qan göstəriciləri normaldırsa və hər hansı ciddi tibbi problemi yoxdursa, hicama etdirmək mümkündür.

Hicama zamanı adətən bədəndən təxminən 50-100 qram, bəzi hallarda isə 100-150 qrama qədər qan xaric olunur. Bu, böyük həcmdə qan itkisi hesab edilmir. Lakin buna baxmayaraq, bəzi insanlarda prosedurdan sonra müvəqqəti halsızlıq, yorğunluq və ya zəiflik hissi yarana bilər. Bunun səbəbi dövran edən qanın həcminin müəyyən qədər azalmasıdır. Qan həcmi az da olsa dəyişdiyi üçün orqanizm buna uyğunlaşmağa çalışır və nəticədə qan dövranında müəyyən aktivləşmə baş verir. Buna görə də bəzi insanlar hicamadan sonra özlərini daha yüngül hiss etdiklərini bildirsələr də, digərlərində qısamüddətli yorğunluq müşahidə oluna bilər”.

Əlaqəli Xəbərlər