Menyu

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü keçirilib

Operativ Media
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü keçirilib

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib. 

Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov qırğızıstanlı qonaqlarla görüşüb.

​Görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və daxili təhlükəsizlik mövzusunda brifinq təqdim olunub.

Tərəflər ölkələrimiz arasında hərbi təhlükəsizliyə dair əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, görüşdə sözügedən istiqamətdə aktual mövzulardan danışılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

​Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər