Fəridə Lütfəliyeva UEFA-dan 2 oyuna təyinat aldı
Operativ Media
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Operativ Media xəbər verirki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Fəridə Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net