Menyu

Azərbaycanın stolüstü tennisçisi Avropa üçüncüsü olub

Operativ Media
Azərbaycanın stolüstü tennisçisi Avropa üçüncüsü olub

Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb.

Operativ Media xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb. İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal cütü bu gün keçirilən 1/2 final görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər