Menyu

Azərbaycanlı hakim Çempionlar Liqası oyununa təyinat aldı

Operativ Media
Azərbaycanlı hakim Çempionlar Liqası oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında baş hakim funksiyasını yerinə yetirəcək.

Operativ Media xəbər verir ki, idarəçiliyi yerli ədalət təmsilçilərimizə tapşırılan bu matçda Serbiya təmsilçisi “Srvena Zvezda” ilə Şimali İrlandiyanın “Larne” klubu üz-üzə gələcək.

​Məlumata görə, baş hakim Elçin Məsiyevə meydanda Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Qarşılaşmanın VAR (Video Köməkçi Hakim) otağında niderlandlı Kley Ruperti, AVAR (VAR köməkçisi) mövqeyində isə Nicat İsmayıllı əyləşəcək.

​Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 29-da Belqrad şəhərindəki “Rayko Mitiç” stadionunda baş tutacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər