Venesueladakı zəlzələdə ölənlərin sayı 5 208 nəfərə çatıb
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 208 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriqes Telegram kanalında məlumat verib.
Hökumətin gündəlik hesabatına əsasən, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 sakin evsiz qalıb. Tamamilə 190 bina dağılıb, daha 856 tikiliyə ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfərin həyatı xilas edilib.
Xatırladaq ki, dağıdıcı zəlzələ iyunun 24-də axşam saatlarında Venesuelada baş verib. Təxminən 40 saniyəlik fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Əsas zəlzələdən sonra 1 388 afterşok (təkrar yeraltı təka