Menyu

ABŞ İrana qarşı daha bir hücum dalğasını başa vurub

Operativ Media
ABŞ İrana qarşı daha bir hücum dalğasını başa vurub

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə yönəlmiş növbəti hava hücumları dalğasının başa çatdığını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

​Məlumatda qeyd olunub ki, ABŞ ordusu ardıcıl olaraq doqquzuncu gecədir İrandakı obyektlərə zərbələr endirir.

​Hərbi qurumun yaydığı bəyanata əsasən, əməliyyat zamanı qarşı tərəfin komanda məntəqələri, sahilyanı müşahidə obyektləri, hava hücumundan müdafiə sistemləri və hərbi dəniz qüvvələrinə məxsus vasitələr hədəfə alınıb. Bundan başqa, raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdiyi mövqelərə də dəqiq zərbələr endirildiyi bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər